Gömrük Akademiyasına tələbə qəbulu üçün plan yeri artırılıb
Dövlət Gömrük Komitəsinin Akademiyasına 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsi üzrə tələbə qəbulu üçün 154 plan yeri ayrılıb. Belə ki, sözügedən tədris ilində birinci qrup üzrə "İnformasiya təhlükəsizliyi", ikinci qrup üzrə "Beynəlxalq ticarət və logistika", həmçinin "İqtisadiyyat", III qrup üzrə "Hüquqşünaslıq" ixtisaslarına qəbul aparılır. "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə 22 yer, "İqtisadiyyat" ixtisası üzrə 44 yer, "Hüquqşünaslıq" ixtisası üzrə 44 yer, bu ildən qəbul aparılan yeni ixtisas - "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə isə 44 yer ayrılıb.
2020/2021-ci tədris ilində magistratura səviyyəsi üzrə yerlərin sayı da artırılıb. Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi" ixtisaslaşmasına 10, Hüquqşünaslıq istiqaməti üzrə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşmasına 5 yer ayrılıb.
Xatırladaq ki, bu il magistratura səviyyəsinə qəbulda Akademiyanın plan yeri 100 faiz dolub.
İctimaiyyətlə əlaqələr şöbəsi